Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

-

Ümumdünya atletika təşkilatı hələ 2009-cu ildə bilirdi ki, Rusiyada dopinq geniş yayılıb və atletlər sui-istifadədən ölə də bilərlər. Associated Press agentliyinin yanvarın 12-də yaydığı məlumata görə, qurumun əlində bu barədə dəlillər varmış.

Ancaq atletika rəsmiləri 2012-ci il London Olimpiadasından öncə aldatmanın səviyyəsini gizlətmək üçün Rusiya ilə işləyib. AP bunu sübut edən daxili sənədlər əldə edib.

Sənədlərə görə, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının testləri 2009-cu ildə Rusiya atletlərinin dopinqdən istifadəsini üzə çıxarıb. O zaman atletlərə sanksiya qoymaq üçün test nəticələri yetərli deyildi. Ancaq sual doğur ki, niyə qurum Rusiyaya qarşı tədbir görmək üçün 6 il gözləyib.

“Bu atletlər təkcə həmkarlarını aldatmırlar, bu halda səhhətlərinə, həyatlarına ciddi təhlükə yaratmış olurlar”, qurumun baş katibi (2006-2011) Pierre Weiss 2009-cu ildə Rusiya atletika federasiyasının prezidenti Valentin Balakhnichev-ə yazırdı. Balakhnichev ötən həftə idmandan ömürlük uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG