Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:35

Siyəzən Rayin İcra Hakimiyyəti bir qrup sakinin qurumun qarşısında etiraz aksiyası keçirməsinə münasibət bildirib.

İcra başçısının müavini Zəfər Əliyevin APA-ya verdiyi məlumata görə, aksiyaçılar əsasən un və digər ərzaq məhsullarının süni şəkildə bahalaşdırılmasına etiraz ediblər.

Onlar həmçinin quşçuluq təsərrüfatında öz hesabına məzuniyyətə buraxılanların işə qaytarılmasını tələb ediblər.

Z. Əliyevin bildirdiyinə görə, Siyəzən RİH-nin başçısı Asif Hüseynov onları qəbul edib: "Aksiyaçılar54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilən Tahir Süleymanovla görüşmək istədiklərini bildiriblər.

Yanvarın 13-də saat 09:00-da rayonun Mədəniyyət sarayında belə bir görüş keçirilməsi planlaşdırılıb",deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG