Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:06

Rusiya bu il qərb cəbhəsində 3 yeni hərbi hissə yaradacaq və 5 strateji nüvə raket alayı yerləşdirəcək.

Yerli KİV-lərin məlumatına görə, bunu yanvarın 12-də müdafiə naziri Sergei Shoigu bəyan edib.

O həmçinin qeyd edib ki, strateji raket daşıyan sualtı qayıqlar və uzaq mənzilli bombardmançılar da daxil olmaqla, silahlı qüvvələrə dəstək olan infrastrukturları inkişaf etdirmək lazımdır.

Müdafiə Naziri bildirib ki, hər bir hərbi dairə 2016-cı ilədə xüsusi yoxlamadan keçməlidir.

Qeyd edək ki, Rusiyanın ötən ilin martında Krımı ilhaq eləməsi və Ukrayna münaqişəsinə görə, Qərblə Rusiya arasında münasibətlər kəskin pisləşib.

ABŞ və Avropa Birliyi buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG