Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:23

Yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.

Jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub, ittiham aktı elan edilib.

Daha sonra təqsirləndirilən şəxslər dindirilib.

Onlar jurnalisti döyməkdə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Müttəhimlərdən biri Elşən İsmayılov isə Qəbələ futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovun bu hadisədən xəbərsiz olduğunu deyib.

Digər təqsirləndirilən Camal Məmmədov isə insanın bir təpiklə öləcəyini gözləmədiyini və hadisədən peşman olduğunu deyib.

Proses yanvarın 14-də davam etdiriləcək.

Qeyd edək ki, jurnalist Rasim Əliyev ötən il avqustun 8-də Bakının Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyülüb və ertəsi gün xəstəxanada keçinib.

Faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub.

Amma bir qədər sonra Cavid Hüseynovun işi ayrıca icraata götürülüb.

Jurnalistin döyülməsində əli olan 4 nəfər

qəsdən sağlamlığa ağır zərər vurma, (zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunurlar.

Cavid Hüseynov isə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək xəbər verməməkdə ittiham olunur.

Onlar Rasim Əliyevi facebook səhifəsində Cavid Hüseynov haqqında yazdığı fikirlərə görə döyüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG