Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:14

-

Yanvarın 12-də Siyəzəndə bir qrup vətəndaş sosial tələblərlə icra hakimiyyətinin qarşısına toplaşıb. Onlar işsizlik, bank kreditlərinin qaytarılması kimi problemlərin həllini tələb edirlər.

Bu haqda aksiya iştirakçıları AzadlıqRadiosuna xəbər veriblər.

Onların dediyinə görə, aksiyada 300-400 nəfər iştirak edir.

Aksiya iştirakçılarından təxminən 40 nəfərini rayon icra başçısının müavinləri qəbul edib. Ancaq görüşün nəticəsi aksiyaçıları qane etmədiyi üçün icra başçısı ilə görüş istəyiblər. Hazırda icra başçısı ilə danışıqlar davam edir.

Onlarla insan isə binanın qarşısında görüşün hansı nəticə ilə başa çatacağını gözləməkdədir.

Siyəzəndə aksiya.

Siyəzəndə aksiya.

***

Bu hadisə ilə bağlı səndə video, foto hər nə varsa, bizə göndərə bilərsən.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndərə bilərsən: AzadAvropa.AzadliqRadiosu@gmail.com

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG