Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:23

-

Yanvarın 12-də jurnalist Rasim Əliyevin qətlilə bağlı məhkəmə prosesi zamanı Bakı Ağır Cinayətlər məhkəməsi önündə bir qrup jurnalist aksiya keçirib. Jurnalistlər “Həkimlər məhkəməyə cəlb edilsin” “Jurnalıst ölümünə son” plakatları və R.Əliyevin portretlərini qaldırıblar.

Polis aksiyaya müdaxilə edib və mərhum jurnalistin bəzi portretlərini etirazçıların əllərindən alıb. R.Əliyevin şəkillərindən birini zibil qutusuna atıblar, jurnalistlər şəkli oradan çıxarıb.

R.Əliyev 2015-ci il avqustun 8-də bir neçə şəxs tərəfindən döyülüb. Daha sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Jurnalist avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib.

R.Əliyevi döyən şəxslər həbs olunsalar da, həkimlərin məsuliyyəti müəyyən edilməyib.

Yanvarın 12-də məhkəmə prosesinə jurnalistlər, ictimaiyyət nümayəndələrinin əksəriyyəti buraxılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG