Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:39

Əfqan uşaqların 40 faizi məktəbə getmir


Əfqan uşaqlar pambıq yığır, arxiv fotosu

Əfqan uşaqlar pambıq yığır, arxiv fotosu

-

Münaqişə zonalarında hər 4 uşaqdan biri təhsildən kənarda qalır, Əfqanıstan isə durumun lap pis olduğu 4 ölkə sırasındıdır. Bunu BMT-nin uşaqlar üzrə agentliyi – UNICEF yanvarın 12-də bildirib.

Qurumun məlumatına gör, münaqişə gedən 22 ölkədə məktəbyaşlı 24 milyon uşaq təhsildən kənar qalıb. Cənubi Sudanda uşaqların 51, Nigerdə 47, Sudanda 41, Əfqanıstanda isə 40 faizi məktəbə getmir.

“Uşaqlar məktəbə getmirsə, daha çox sui-istifadəyə, istismara məruz qalır, silahlı qruplara cəlb olunurlar”, UNICEF-in təhsil departamentinin rəhbəri Jo Bourne deyib.

Təhsil humanitar agentliklərin ən az maliyyə ayırdığı sektordur. 2014-cü ildə bu sahəyə 2 faiz humanitar yardım ayrılıb. BMT bildirir ki, münaqişə zonalarında təhsilə 10 dəfə çox yardım göstərilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG