Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10

-

Ukrayna böhranına görə Qərblə gərginliyə baxmayaraq, ötən il Rusiyadan Avropaya təbii qaz ixracı 8 faizədək artıb. Bunu Gazprom yanvarın 11-də elan edib.

Dövlət qaz şirkətinin rəhbəri Alexei Miller deyib ki, keçmiş Sovet İttifaqının tərkibində olmayan Avropa ölkələrinə 159.4 milyard kubmetr qaz ixrac olunub. Bu, 2014-cü ildəkindən 11.8 milyard kubmetr çoxdur.

Almaniyaya ixrac isə rekord səviyyəyə – 45.3 milyard kubmetrə çatıb, yəni 17.1 faiz artıb. Fransaya ixrac artımı 36.8, İtaliyaya 12.6, Britaniyaya 10.2 faiz təşkil edib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini anneksiya edəndən sonra Qərbin sanksiyaları ilə üzləşib. Avropa Birliyi iddia edir ki, Rusiya qazından asılılığı azaltmaqdadır.

Gazprom-un məlumatına görə, ixracda artım Avropada istehsal olunan qazın həcminin azalmasıyla bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG