Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:56

Pakistan, Əfqanıstan, ABŞ və Çin rəsmiləri yanvarın 11-də İslamabadda Əfqanıstan hökuməti ilə Taliban arasında sülh planını müzakirə ediblər.

Görüşdə Əfqanıstan xarici işlər nazirinin müavini Hekmat Karzai, Pakistanın xarici işlər naziri Aizaz Chaudhry,ABŞ və Çin rəsmiləri iştirak edib.

Amma Talibanın nümayəndələri görüşdə iştirak etməyib.

Tərəflər Əfqanıstan hökuməti ilə Talibanın nümayəndələri arasında tezliklə birbaşa sülh prosesinə başlanmasının vacibliyini qeyd ediblər.

2015-ci ildə tərəflər arasında aparılan sülh danışıqları Talibanın rəhbəri Molla Mohammad Omarın 2 il bundan əvvəl ölməsi ilə bağlı yayılan məlumata görə dayandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG