Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58

Azərbaycanda vəhhabi olmaqda şübhəli bilinən şəxsləri gizli yolla ölkədən çıxaran şəxs tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisindən keçən hissəsində vəhhabi olduğu bildirilən bir neçə şəxsin sərhədi qanunsuz keçməsi barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində onları sərhəddən keçirən Zaqatala rayonu Əliabad qəsəbə sakini Elman Mirzəbəyov saxlanılıb.

Saxlanılarkən ondan “AK-74” avtomat silahı, bir avtomat darağı və 13 güllə aşkarlanaraq götürülüb. Elman Mirzəbəyov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG