Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:13

Paytaxtın ticarət şəbəkələrində spirtli içkilər yoxa çıxıb.

Turan agentliyi bildirir ki, bu, spirtli içkilərin kredit kartları ilə satışı ilə bağlıdır.

Belə ki, bu qayda qüvvəyə minəndən 10 gün sonra mağazalarda spirtli içkilər yoxa çıxıb, heç kartla da almaq mümkün deyil.

İri supermarketlərdən birində Turanın sualına cavab olaraq bildirilib ki, onlara spirtli içkilərin yığışdırılması göstəriş verilib.

Bunun nə vaxt və hansı şərtlərlə bərpa olunacağı məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG