Keçid linkləri

2017, 19 Yanvar, Cümə axşamı, Bakı vaxtı 00:21

İran prezidenti Hassan Rohanibildirib ki, sanksiyalar qaldırıldıqdan sonra İranda “iqtisadi bum” olacaq.

Rohani deyib ki, hökumət sanksiyalar altında normal şəraitdə işləyə bilmir və sanksiyalar yaxın günlərdə aradan qaldırıla bilər.

Qeyd edək ki, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini bundan əvvəl-yanvarın 11-da Praqada keçirdiyi mətbuat konfransında bildirib ki, İrana qarşı sanksiyalar yaxın vaxtlarda aradan qaldırıla bilər.

O bu istiqamətdə işlərin yaxşı getdiyini bildirib.

Qeyd edək ki, ötən il İranla aparıcı dünya ölkələri arasında əldə edilmiş nüvə sazişində Tehranın uran zənginləşdirilməsini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG