Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

Rusiya prezidenti Vladimir Putin Avropa Birliyinin Ukrayna böhranına görə Rusiyaya qarşı sanksiyalarını absurd adlandırıb.

O yanvarın 11-də Almaniyanın “Bild” qəzetində dərc edilmiş müsahibəsində deyib ki, Avropa Birliyi bu sanksiyalarla absurd tamaşadan başqa heç nəyə nail olmur.

2014-vcü ildə Krımın Ukraynadan ayrılması və Rusiyaya birləşməsi ilə bağlı referenduma gəldikdə isə Putin bunu demokratiya, xalqın iradəsi adlandırıb.

Putin həmçinin keçmiş Sovet İttifaqının dağılmasından sonra NATO-nun Rusiyaya tərəf genişlənməsini tənqid edib və Qərbi soyuq müharibə dövründən sonra beynəlxalq böhranları dərinləşdirməkdə ittiham edib.

O qeyd edib ki, əgər Qərb Yaxın Şərqin siyasətinə müdaxil etməsəydi, bu gün Avropada belə böyük miqrant problemi olmazdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG