Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:15

Türkiyədə ötən il adambaşına 8 kitab çap olunub


Türkcə kitablar
Türkcə kitablar

-

Türkiyə Naşirlər Birliyinin rəhbəri Fahri Aral 2015-ci il üzrə Türkiyə kitab nəşriyyatı məlumatlarını açıqlayıb.

2015-ci ildə Türkiyədə ümumilikdə 620.751.618 ədəd (623 milyona yaxın) kitab istehsal olunub. Təhsil Nazirliyi 2015-ci ildə ibtidai və orta təhsil alan şagirdlərə 236 milyon yarımdan çox pulsuz kitab paylayıb.

Türkiyə Statistika Qurumunun məlumatına görə, Türkiyə əhalisinin sayı 77.695.904 nəfərdir. Kitabların əhali sayına nisbətinə görə 2015-ci ildə adambaşına 8 kitab düşüb.

2014-cü ildə Türkiyədə 561.103.770 (561 milyon 103 min 770) ədəd kitab istehsal olunmuşdu. Adambaşına düşən kitab sayı 7,3 idi. Bir ildə istehsal olunan kitabların sayı 10.6 faiz artıb.

Beynəlxalq Naşirlər Birliyinin (IPA) 2015-ci il məlumatlarına görə, Türkiyə dünyanda ən böyük 11-ci nəşriyyat sektoru olan ölkədir və istehsal olunan yeni kitab çeşidinə görə yenə də 11-ci sıradadır.

XS
SM
MD
LG