Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:45

Həccin təşkili üçün Səudiyyəyə gedirlər


Səudiyyə Ərəbistanı, Məkkə şəhəri
Səudiyyə Ərəbistanı, Məkkə şəhəri

Növbəti həcc ziyarətinin təşkililə bağlı Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti yanvarın sonunda Səudiyyə Ərəbistanına yola düşür. Bu haqda qurumdan AzadlıqRadiosu-na məlumat verilib.

Səfərdə məqsəd Həcc ziyarətinin təşkili məsələsinin Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə müzakirə olunmasıdır.

Həcc ziyarətinə getmək istəyən zəvvarların sənədlərini qəbulu fevralın 10-dan sonra başlanır.

Bu ilki Həcc ziyarətində səfər xərclərinin əvvəlki illərə nisbətən daha da artacağı da gözlənilir. Səbəb manatın devalvasiyasıdır. Keçən ildən etibarən ziyarət xərcləri artıq ABŞ dolları ilə hesablanır.

Keçən il Həcc ziyarətinə xərclər uyğun olaraq 5750 dollar və 4700 dollar təşkil edib. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib. Həcc missiyasının rəhbəri QMİ-dir və sənəd qəbulunu yalnız bu qurum aparır.

XS
SM
MD
LG