Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

Dollar satılmır, satılanlarda da limit var


Bakı, 11.01.2016. Bağlı Exchange-lərdən biri
Bakı, 11.01.2016. Bağlı Exchange-lərdən biri

-

Yanvarın 11-də Bakının valyutadəyişmə məntəqələrinin çoxu işə başlayıb, amma məntəqələrin çoxunda dollar satılmır, satılanlarda da limit var. Bəzi məntəqələr isə hələ də bağlıdır.

İşləyən məntəqələrin lövhələrində dolların 1,60 manatdan alındığı, 1,626 manatdan satıldığı göstərilir.

28 may stansiyası ətrafındakı məntəqələrdə satış yoxdur.

Şəhərin digər yerlərindəki bəzi məntəqələrdə satış var.
Satış olan məntəqələrdə limit tətbiq olunur. Hər adama 200, 300, uzağı 500 dollar dəyişdirilir.

Valyuta almaq istəyənlərin sayı çox olduğundan növbələr var.

Mərkəzi Bankın yanvarın 11-nə olan rəsmi məzənnəsinə görə, 1 ABŞ dolları 1,5642 manatdır.

Həmçinin izləyin - AzadlıqRadiosunun Youtube kanalından:

XS
SM
MD
LG