Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

Ərəb Liqası İranı pislədi


İran və Səudiyyə Ərəbistanının bayraqları

İran və Səudiyyə Ərəbistanının bayraqları

-

Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri İranı “ərəb ölkələrinin işinə qarışdığına görə” pisləyib. Yanvarın 10-da Qahirədə keçirilən toplantıda nazirlər şiə İranını beynəlxalq razılaşmaları pozmaqda, Tehranda Səudiyyə Ərəbistanının diplomatik postlarını qorumamaqda ittiham edib.

Əhalisi şiə olan, həm də şiə yaralı Hizbulla təşkilatının yerləşdiyi Livan liqada fərqli münasibət sərgiləyən yeganə dövlət olub. Ancaq Liqanın qəbul etdiyi bəyanatda İrana qarşı cəza tədbirlərindən söz açılmayıb.

Səudiyyə Ərəbistanında tanınmış şiə ruhanisinin edamı İranın qəzəbini doğurub, Tehrandakı Səudiyyə səfirliyi yandırılıb. Bundan sonra ər-Riyad Tehranla diplomatik münasibətləri pozub.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif yanvarın 10-da Səudiyyəni Suriya sülh danışıqlarını pozmaq üçün mübahisəni dərinləşdirməkdə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG