Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:54

Əfqan sülh danışıqları başlanır


Kabil aeroportu yaxınlığı, arxiv fotosu

Kabil aeroportu yaxınlığı, arxiv fotosu

-

Yanvarın 11-də Əfqanıstan, Pakistan, Birləşmiş Ştatlar və Çin əfqan sülh prosesinin canlandırılması məqsədilə danışıqlara başlayır.

4 ölkə rəsmisi İslamabadda görüşəcək, Kabil və Taliban arasında birbaşa danışıqlar üçün zəmin hazırlayacaq. Sülh yol xəritəsinin bir hissəsi olan görüşə yaraqlılar qatılmayacaq.

Əfqanıstan rəsmisi Javed Faisal Frans Presə deyib ki, “görüşdə sülh danışıqlarının mexanizmi müzakirə olunacaq”. Pakistan Kabillə danışıq aparmaq istəyən taliban silahlılarının siyahısını təqdim edəcək.

Pakistanın taliban silahlılarına maliyyə dəstəyini dayandırmağa razılaşdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG