Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:49

Rusiya Türkiyə mandarinlərini məhv elədi


-
Rusiyanın Stavropol vilayətində Türkiyədən gətirilən 220 kilo mandarin məhv edilib.

Xəbəri Rusiya Kənd Təsərrüfatına Nəzarət Xidməti yayıb.

Türkiyə mandarinlərini xidmətin əməkdaşları Jeleznovodsk şəhərində mağazaların birində tapıb. Mandarinlərin Rusiya ərazisinə gətirilməsi qadağan olunduğundan 220 kiloqram məhsul məhv edilib.

Keçən ilin noyabrın 24-də Türkiyə hava sərhədini pozduğu üçün Rusiyanın SU 24 bombardmançı təyyarəsini vurub. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Yanvarın 1-dən isə Türkiyədən Rusiyaya ərzaq məhsullarnın gətirilmsinə qadağa qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG