Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14

-

Yaxşılıq etməyi bacaran adamlar həm daha xoşbəxt, həm də daha sağlam olur. Ancaq yaxşı niyyət bəzən şübhəylə də qarşılanır. Psixoloqlar bunun səbəbini araşdırırlar.

Lancashire Universitetində işləyən psixoloq Mann bir adama yaxşılıq eləyib həmin adamın da başqasına yaxşlıq eləməsini formalaşdırma fikri üzərində işləyirmiş: “Bu, zəncirvari, domino təsiri yaradan fikir idi”.

BBC yazır ki, bu cür düşüncələr tarix boyu olub.

“Məsələn, varlı neapollular lap qədimdən özlərinə qəhvə alanda imkanı olmayan bir başqasına da qəhvə alırmış”.

Amerikanın yaradıcılarından olan Benjamin Franklin də bu fikri dəstəkləyənlərdən olub. Bir adama borc verəndə pulu geri istəmirmiş. Borc verdiyi adama göndərdiyi kiçik məktubda bir gün onun da çətin vəziyytədə olan başqa birinə borc verməklə bu borcu ödəmiş olacağını yazırmış.

Yaxşılıq eləyənlər daha çox xoşbəxtdir

Daha yaxın bir tarixdə İngiltərədə qatarda mobil telefon tapan 12 yaşlı uşağın hekayəsi də yaxşı misaldır. Telefon sahibi telefonu tapan uşağa kiçik bir mükafat vermək istəyir. Ancaq uşaq telefonu sahibinə qaytaranda deyir ki, “pul verməyiniz lazım deyil, bir gün siz də başqasna kömək edə bilərsiniz”.

Harvard Universitetinin əməkdaşı Michael Norton araşdırmalarından sonra bu qənaətə gəlib ki, başqaları üçün müəyəyn məbləğdə xərcləyən adam bütün gəlirini özünə sərf eləyən adamlarla müqayisədə daha çox xoşbəxtdir.

Arxiv fotosu

Arxiv fotosu

Norton bu nəticəyə 130 ölkədən olan canlı nümunələr üzərində işləməklə gəlib. İstər varlı, istər kasıb olsun, varını əsirgəməyənlərin daha çox xoşbəxt olduğunu görüb: “Bunun müxtəlif səbəbləri ola bilər. Başqlarına bir şey vermək sosial əlaqələri artırdığı kimi həyatdakı məqsədlə bağlı daha nikbin düşünməyə əsas verir”.

Norton deyir ki, şirin və yağlı yeməklərə aludəçili kimi, baqasına kömək eləmək istəyi də insanın təbiətindən gəlir.

Yaxşılığa şübhə eləmək

Mann isə deyir ki, yaxşlıq edəndə bundan şübhələnənlər də çox olur. Həmin adam düşünür ki, qarşındakı görəsən ona niyə yaxşılıq edir?

Mann 13 gün müxtəlif adamlara elə də bahalı olmayan yardımlar edib. Kiməsə kofe təklif edib, yağışlı havada bir başqasına çətirini, növbədə gözləyən başqa birinə yerini verib. Ancaq onu bu yaxşılığına şübhə edənlər də olub. Mann deyir ki, bu gün insanlar daha çox özləri haqqında düşünürlər. Onun fikrincə, ötən əsrin 70-ci illərində isə belə deyilmiş: “Bu bizi çox narahat edir. Nifrət, şübhə, eqoistlik indi çoxdu. Sanki hamı özü uğrunda mübarizə aparır”.

Domino təsiri

Bəziləri isə fikirləşir ki, yaxşılıq heç də asanlıqla yayılmır.

Mann isə deyir ki, yaxşılıq eləmək üçün böyük işlərdən yapışmamaq da olar. Bunu gülümsəmək, insanlarla xoş rəftar göstərməklə də başlamaq olar. Və bu hiss səndən asanlıqla başqasına keçə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG