Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:09

-

Lerikdə güclü qasırğa nəticəsində işıqsız qalan kəndlərin çoxunda elektrik enerjisi bərpa olunub. Hazırda 20 kənd işıqsızdır, onlarda da elekrtikin bərpası üçün işlər görülür.

Bu haqda AzadlıqRaduosuna Lerik rayon rayon icra hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib: “Bizim 162 yaşayış məntəqəmiz var. İndi 20-ə yaxın yaşayış məntəqəsində işıq yoxdur. Qalanlarında bərpa olunub. Onlarda da bərpa ediləcək”.

Lerikin Çayrud kəndinin sakini Elxan Qulamov AzadlıqRadiosuna deyib ki, kəndlərin çoxu iki gün işıqsız qalıb. Yanvarın 10-da elektrik verilməsi bərpa olunub.

Yanvarın 9-da Lerikdə baş verən güclü külək rayondakı elektrik dirəklərini aşırmışdı. 160-dən çox yaşayış məntəqəsi işıqsız qalmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG