Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:00

-

Fevralın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardım istəyənlərin ödəniş qabiliyyətini yeni metodla qiymətləndiriləcək.

Bu, 12 dövlət strukturunun vahid elektron müraciət və Təyinat Alt sisteminə inteqrasiyası (VEMTAS) sayəsində mümkün olacaq. Dövlət strukturları arasında informasiya mübadiləsi sosial yardımı «Elektron hökumət» (e-gov.az) vasitəsilə ünvanlandırmağa imkan verəcək.
Xəbəri Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat-Hesablama Mərkəzi yayıb.

Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət strukturlarının informasiya resurslarına çıxışı yaranacaq. Həmçinin üvanlı dövlət sosial yardımı almaq üçün müraciətçinin illik mobil ödənişlərinin portal üzərindən müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bütün proseslər onlayn rejimdə avtomatik olaraq baş tutacaq.Müraciət edəninçinin ödəmə qabiliyyəti müəyyən olunacaq. Müraciət təmin edildikdə bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına, ya damesaj formasında mobil telefonuna göndəriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG