Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:10

Ziya Məmmədov sərnişindaşımaya nəzarəti əlinə keçirmək istəyir - icmal


Ziya Məmmədov

Ziya Məmmədov

-

“Nəqliyyat naziri Ziya Məmmədov vəzifədə qalmaq üçün səylərini davam etdirir. Faktiki olaraq heç bir səlahiyyəti qalmayan, Nəqliyyat Nazirliyinin ləğv ediləcəyinin fərqində olan Ziya Məmmədov bütün cəhdlərilə yenidən sərnişindaşımaya nəzarəti əlinə keçirmək istəyir. Ziya Məmmədov sərnişindaşıma ilə bağlı ayrıca qurum yaradılması və özünün da oranın rəhbərliyinə təyin edilməsinə çalışır. Lakin xidmətin yenidən icra hakimiyyətlərindən alınaraq ayrıca qurum yaradılması inandırıcı görünmür. Çünki artıq sərnişindaşıma xidməti şəhər və rayonların icra hakimiyyətlərinə verilib. Bu icra başçılarının ciddi narazılığa səbəb ola bilər. Digər tərəfdən ölkədə getdikcə dərinləşən maliyyə böhranı da buna imkan vermir. Hakimiyyət indi yeni qurum yaratmaq barədə düşünmək belə istəmir. Əksinə, hökumətdə bəzi qurumların ləğvi barədə müzakirələr aparılır”.

Dolların şəxsiyyət vəsiqəsi ilə satlması qanuna ziddir

=

=

unu “Bizim Yol” qəzetinə hüquqşünas Müzəffər Baxış deyib. Hüquqşünas bildirir ki, hökumət bununla vətəndaşlar üzərində nəzarəti gücləndirmək istəyir.

“Mərkəzi Bankın 500 dollardan artıq vəsait alan şəxsin şəxsiyyət vəsiqəsi təqdim etməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin birinci bəndinə görə, insan və vətəndaş hüquqlarından və azadlıqları ilə bağlı məsələni yalnız Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edə bilər. Yəni bu qaydanın Mərkəzi Bank tərəfindən qəbul edilməsi Konstitusiyamızla birbaşa ziddiyyət təşkil edir.

Mən ondan narahatam ki, 500 dollardan artıq vəsait alan şəxsləri şəxsiyyət vəsiqələri vasitəsilə müəyyən edərək, onların adlarını müxtəlif vasitələrlə Vergilər Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və s. qurumlara göndərəcəklər. Bununla da vətəndaşlara ciddi şantaj təhlükəsi yaranır. Belə hallar əvvəllər də müşahidə olunub. Ona görə də hesab edirəm ki, belə bir qayda hakimiyyətin sifarişi ilə həyata keçirilib. Məqsəd də vətəndaşlar üzərində nəzarəti daha da gücləndirmək, hüquq və azadlıqlarını daha da məhdudlaşdırmaqdır”.

Baş daşı da bahalaşdı

“Yeni Müsavat” qəzeti bunu “Qurd qapısı” qəbiristanlığı yaxınlığında qəbir daşları satanlardan öyrənib.

“Hər növ qəbir daşlarının qiyməti 50 faiz bahalaşıb. Satıcılar deyir ki, bu bahalaşmanın olacağı gözlənilirdi. Çünki mərmər və qranit daşları xarici ölkələrdən gətirilir. Çin, Ukrayna, Moldovadan gətirilən mərmər daşları dollarla alındığı üçün bahalaşma qaçılmaz olub: “Mərmərlərin 1 kvadratmetrini bahalaşmadan öncə 100 manata təklif edirdiksə, hazırda minimum qiymətlər 150 manatdan başlayır. Son bahalaşmadan öncə ən bahalı “baş daşı”nın kvadratmetri 200-250 manat civarında idi. Lakin bu günlərdə 300 manata təklif edirik. Bu isə o deməkdir ki, mərmərdən düzlədilən qəbirin qiyməti 2000 min manata başa gəlir.

Böyük ehtimalla yaxın günlərdə yenidən qiymət artımı olacaq”.

Azərbaycan beynəlxalq əlaqələrdə öz mövqeyini ifadə edir

“Azərbaycan” qəzeti yazır ki, beynəlxalq aləmdə dövlətlərarası əməkdaşlığın böhran dövrü keçirməsinə baxmayaraq, Azərbaycan milli maraqlardan irəli gələn xarici siyasət yürüdür.

“İlk növbədə belə bir prinsip diqqəti cəlb edir ki, dünyanın aparıcı güc mərkəzləri arasında davam edən geosiyasi mübarizəyə bu və ya digər şəkildə qoşulmaq Azərbaycan diplomatiyasının planlarına daxil deyil. Sirr deyil ki, rəsmi Bakını bu mübarizəyə cəlb etmək cəhdləri ötən il də olmuşdu. Amma Azərbaycan rəhbərliyi bu cəhdləri cavabsız buraxaraq regional və beynəlxalq əməkdaşlığa töhfə vermək yolu seçdi. Prezident İlham Əliyevin keçən ilki xarici səfərləri bu baxımdan səciyyəvi idi. Dövlət başçısı il ərzində 20 dəfə xarici səfərə çıxmış, bu səfərlər zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlığı irəli aparmaq üçün ardıcıl səylər göstərmiş, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə təşəbbüslər irəli sürmüş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsində və həllində yaxından iştirak etmişdir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG