Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30

-

Onlar «Beyrutda qələm satan» Suriya qaçqınını günlərlə axtarıb nəhayət ki, onun qaldığı natəmiz binanın qabağında dayanıblar.

Sosial şəbəkədə ona kömək üçün yığılan on minlərlə dolları ehtiyac içində olan Abdul Halim al-Attar-ə verib deyiblər: «Sənin şəklin internetdə sürətlə yayılıb».

Abdul Halim al-Attar deyir ki, onun şəklini çəkəndə mübahisə edib, soruşub ki, onun fotosunu niyə çəkmək istəyirlər.

33 yaşlı Abdul qucağındakı qızı ilə çörək pulu üçün qələm satdığı fotosu sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Bu şəkildə Abdulun üzündən ümidsizlik yağır və elə bu ifadə də sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

Ancaq bu şəkil Abdulda tərk etdiyi sonuncu şeyi, ləyaqəti oyadıb:
«Bu çox əzablıydı. Biz Suriyadakı kimi deyildik. Mən küçələrdə qızımı o cur necə daşıyırdım? Onu məktəbə göndərmək əvəzinə özünlə aparmaq düz idimi? Şəkli görəndə ağladım».

«Dünya niyə mənim qayğıma qalır?»

Qapısını döyən xeyrixahlardan Abdul soruşub ki, müharibədən xilas ola bilən digər qaçqınlar ondan soruşa bilər: «Dünya niyə mənim qayğıma qalır?»

O, haqlı idi. Niyə Qərb digər Suriya qaçqınlarının qayğısına qalmır?

İndi evindən-eşiyindən didərgin düşən 4 milyondan çox Suriya qaçqını düşərgələrdə qalır, Yunanstana keçmək üçün həyatını təhlükə altına qoyur, Qərbi Avropaya yetişmək üçün özünü oda-gözə atır.

BMT vəsait çatışmazlığından ərzaq və digər humanitar yardımın 40 faizini kəsməyə məcbur qalıb.

Abdul danışır ki, o, 2012-ci ildə Suriya və üsyançılar arasındakı döyüşlərdən qaçıb canını güclə qurtarıb.

«Kimsə qızıma görə məni işə almadı»

“Başımıza raket yağış kimi yağırdı. Balaca qızım üçün qorxurdum. Təyyarə səsi eşidən kimi o, dəhşətə gəlirdi”.

Dəməşqdə şokalad fabrikində çalışmış Abdul Livan paytaxtında iş axtarıb: “Kiçik qızımı tək buraxa bilmirdim. İş üçün çox yerə üz tutdum, amma kimsə məni qızımla qəbul eləmədi. Axırda qərara gəldim ki, qələm satım”.
Beyrutun mərkəzində o, tələbələrə və peşəkarlara satdığı qələmlə ən yaxşı halda gündəlik 2 dollar qazanırdı.

Baxmayaraq ki, fotoda Abdul dərin kədər icində görünür, onu gülərüz biri kimi tanıyırlar: “Məndən soruşurlar ki, niyə həmişə gülümsəyirsən? Deyirəm ki, nə etməyimi istəyirsiz? İstəyirsiz qışqırım? Allah mənə təbəssüm verib”, o deyir.
Beyrut küçələrində çoxlu gül satan qaçqın uşaqları var, ancaq qələm satanın şəkli göz qırpımında yayılır.

“Mənim şəkil çəkdirmək kimi bir ideyam olmayıb. Adamlar mənə yaxınlaşıb deyirdilər ki, onların telefonunda şəklim var. Deyirdim, siz nə istəyirsiz?”
Həvəskar fotoqraf bu Suriya qaçqınının şəklini çəkəndən sonra Abdulun taleyi dəyişib.

5 mindən 190 min dollara

Norveçli fəal Gissur Simonarson və Livan jurnalisti Carol Maloufona kömək etmək üçün 5 min dollar toplayıb.

Bu vəsait “#BuyPens” haştaqı altında yarım saata toplanıb, 24 saat ərzində 80 min dollara yaxın vəsait toplanıb, sonra isə məbləğ 190 min manata çatıb.
Amma hekayə burda bitmir. 4 aydan sonra Abdul Beyrutda iki restoran açıb və 24 qaçqını işlə təmin edib. Deyir ki, pul qazanan kimi yerli icmada iş qurması üçün qohumlarına da pul göndərəcək.

“Bu foto… adamlara çox təsir edib, bu kampaniyaya qoşulan hər kəsə təşəkkür edirəm, uşaqlarım indi təhsil alır, təmiz, yaxşı evdə yaşayır”.
Abdul öz ləyaqətini yenidən qazanıb. O indi öz hekayəsinin və kömək etdiyi onlarla adamın qəhrəmanıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG