Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:19

-

ABŞ-da ekstremizmin onlayn təbliğatına qarşı mübarizə aparmaq məqsədilə xüsusi qrup yaradılır.

Bu qərar yanvarın 8-də Ağ Evdə keçirilən görüşdə qəbul edilib. Görüşdə milli təhlükəsizlik idarəsi, kəşfiyyat xidməti və kompüter texnologiyaları sahəsində aparıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

Amerika hökuməti texnoloji şirkətlərdən xahiş edib ki, ekstremistlərin internet istifadəçilərini öz tərəflərinə çəkmələrini və planlaşdırdıqları hücumları önləmək üçün daha fəal olsunlar.

Məsləhətləşmədə «Apple», «Facebook», «Google», «Twitter», «Microsoft», «Yahoo», «Linkedin» təmsilçiləri iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG