Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:42

Əli Kərimlinin əmisi oğluna cinayət işi açıldı


İnqilab Kərimov
İnqilab Kərimov

-

Baş Prokurorluq AXCP sədrinin əmisi oğlu, hazırda Fransada yaşayan İnqilab Kərimov haqqında cinayət işi açıb və onun barəsində axtarış elan edib. Bu qurumdan AzadlıqRadiosuna verilən məlumatda belə deyilir.

İnqilab Kərimov Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddələri ilə ittiham olunur.

Baş Prokurorluq ittihamların İnqilab Kərimovun Facebook səhifəsində yazdıqlarından qaynaqlandığını bildirir: «Paylaşdığı fotoşəkildə odlu silahı – tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını... öldürməklə hədələmə məzmunlu şərhlər yayır, eləcə də İŞİD terror təşkilatının Azərbaycanda terrorçuluq fəaliyyətinə açıq çağırışlar edir».

«AZƏRBAYCANA XOŞ GƏLİRSƏN, İŞİD...»

Ötən ilin yayında sosial şəbəkədə İŞİD-lə bağlı statusunu paylaşan İnqilab Kərimovun davranışı mediada, özəlliklə rəsmi mediada birmənalı qarşılanmamışdı. Həmin statusda belə deyilirdi:

«İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir... İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir... adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir... Və düşünürəm ki, düz də edir... Azərbaycana XOŞ gəlirsən, İŞİD...». O zaman AXCP bu davranışına görə Kərimova xəbərdarlıq etmiş, zarafat və ironiyalarında diqqətli olmağı məsləhət görmüşdü.

Bugünlərdə isə, mühacirətdə yaşayan Qənimət Zahid Avropadakı fəal azərbaycanlılara qarşı hökumət səviyyəsində «ləğvetmə kampaniyası»na başlanması haqda Facebook-da xəbərdarlıq aldığını yazmışdı. İnqilab Kərimovun huna cavabı belə olmuşdu: «Mən Avropaya gəlmişəm ki, yaşayıb qisasımı ala bilim… Odur ki, baş vermiş ilk hadisədə (tanınmış nazirlərdən birinin oğlunun adını yazır – red.) …kəsilmiş başı, əlimdə şəkil paylaşaram… Avropanın türməsi Azərbaycanın hazırkı yaşamından 100 dəfə üstündür…».

AzadlıqRadiosu AXCP-nin həmin cavaba reaksiyasını öyrənə bilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG