Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

-

Şimali Koreya yanvarın 8-də sualtı qayıqdan ballistik raketin ehtimal olunan yeni sınaq buraxılışının videoçəkilişini yayıb.

Hərçənd Cənubi Koreya KİV-ləri bir gün öncə yayılan kadrların köhnə, ötən ay Yapon dənizində və 2014-cü ildə aparılmış sınaqların montajından başqa bir şey olmadığını güman edirlər.

«France-Presse» yazır ki, videoyazıda tarix göstərilməyib, sadəcə, Şimali Koreyanın lideri Kim Jong Un-un əksi görünür. O, hərbi gəminin göyərtəsindən raketin buraxılmasını izləyir. Liderin əynində qalın palto və papaq var.

Üç gün əvvəl ŞKXDR hidrogen bombasını uğurla sınaqdan çıxardığını bəyan etmişdi. Bu məlumatı müstəqil mənbələrdən təsdiqlətmək mümkün olmayıb.

Bununla belə, bir sıra dövlətlər, o cümlədən Yaponiya və Cənubi Koreya Şimali Koreyanın bu hərəkətini kəskin tənqid ediblər. Bunu milli təhlükəsizliyə təhdid kimi dəyərləndiriblər. BMT Təhlükəsizlik Şurası isə Pxenyana qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutan qətnamə hazırlamaq niyyətini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG