Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:51

-

«İndiyədək «donuz qripi» ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal qeydə alınmayıb».

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının müdiri Raqif Abdullayev deyib. O bildirib ki, indiyədək virusla bağlı müraciət daxil olmayıb: «Müraciətlər yalnız hər il olduğu kimi mövsümi qriplə bağlıdır».

R.Abdullayev əlavə edib ki, qripin müalicəsi üçün lazımı dərman ehtiyatı yaradılıb. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin «donuz qripi» ilə bağlı imzaladığı əmrlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycanla qonşu olan İranda ötən il 33, bu il isə Türkiyədə 13 nəfər «donuz qripi» epidemiyasının qurbanı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG