Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

-

Nurbibi-ni 14 yaşında ərə veriblər. Dünyaya24 uşaq gətirib. Bu uşaqlardan 15-i sağ qalıb. Elə olub ki, Nurbibi bir ildə iki dəfə doğub:

«Mən deyim, siz də hesablayın. Bir qızım atasının ad günündə, fevralın 5-də doğulub. Noyabrın 27-də isə o biri dünyaya gəldi».

DOĞMAQDAN ASAN NƏ VAR?

Nurbibi deyir ki, uşaqların doğuşu çox asan olub. Özü də hamısı evdə doğulub. Doğuş vaxtı ona qonşular kömək edib. Son iki uşaq doğulanda isə yanında əri və qızlarından biri olub: «Mənim üçün asandır. Məndə doğum yaxşı olub. Axı sağlam qadınam. Qadınlar var ki, ora-burları ağrıyır, mən elə deyiləm».

Nurbibi-nin əri Kurbonali Eshmatov deyir ki, düzü, bu qədər uşaqlarının olacağını düşünmürlərmiş. Qorunmaq istəyiblər. Ancaq onlara heç bir qoruyucu vasitə də kömək etməyib: «Bu uşaqları Allah verir.Hamısı özü olub. Bir dəfə dərman aldıq. Özü də bu dərman bizim üçün çox baha idi. Ancaq o da kömək etmədi».

Nurbibi ilə Kurbonali daha uşaqlarının olmasını istəmir.

AİLƏ EHTİYAC İÇİNDƏDİR

47 yaşlı Nurbibi bazarda alver edir. Kurbonali isə elektrik qaynaqçısıdır. Ailənin aylıq ümumu gəliri 150 dollardır. Dövlət isə ümumiyyətlə, çoxuşaqlı ailəyə kömək etmir.

Nurbibi deyir ki, övladları qonşu uşaqlarının köhnə paltarları ilə böyüyür: «Uşaqların yeməyini və paltarını çatdırmırıq. Qonşular kömək eləyir. Biri yemək verir, biri köhnə paltar. Uşaqlar bu köhnələrlə böyüyür».

Bu ailə ancaq əsas tələbat mallarını ala bilir.16 nəfərlik ailənin onlara «tanış olmayan» yemək yeməyə imkanları yoxdur. Hətta bayramlarda da.

Həyətlərində uşaqların pal-paltarının və qış ehtiyatının saxlandığı köhnə anbar var. «Taxıl, kartof, soğan, un, yağ, bunlar bizim qış ehtiyatımızdır»- Kurbonali deyir.

UŞAQLAR BÖYÜDÜKCƏ...

Son illər ər-arvadın yükü bir azalıb. Qızlarından dördü ailə qurub. Valideynləri deyir ki, qızlar yaxşı yerə düşüb. Ailənin böyük oğlu Khudoidod da işləməyə başlayıb. Günə 4 dollar qazanmaqla ailəsinə böyük dəstək olur: «16 saylı texniki peşə məktəbində oxuyuram, sürücülük öyrənirəm. Dərsdən sonra da sandıq istehsal edən sexdə işləyirəm. Gündə 3-4 sandıq hazırlayıram».

Ailəsinə dəstək olduğu üçün Khudoidod çox sevinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG