Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:29

-

AzadlıqRadiosunun «İz» proqramı 2014-cü il yanvarın 16-da dünyadan köçmüş ünlü tarixçi professor, Türk Tarix Qurumunun üzvü Süleyman Əlyarlının əziz xatirəsini yoxluğunun ikinci ilində yad edir.

- Bir insan və bir alim kimi Süleyman müəllimin hansı özəllikləri vardı?

- Azərbaycan təhsili və tarix elmi onun simasında kimi itirdi?

- Süleyman Əlyarlı sovetlər dönəmində Azərbaycan tarixinin siyasiləşdirilmiş mövzularına qarşı necə çıxırdı?

- Ötən əsrin 60-cı illərində «Azərbaycanın Rusiyaya könüllü birləşməsinin 150 illiyi» ifadəsinə onun etirazı nəyi dəyişdirdi?

- Süleyman Əlyarlı Azərbaycanda yer adlarının dəyişdirilməsinə necə üsyan etdi? Onun Gəncənin adının qaytarılması təklifi necə qarşılandı?

- Süleyman müəllimə niyə millətçi damğası vuruldu?

- O, Sovetlər dönəmində yasaq olan milli azadlıq hərəkatı mövzusunu nədən gündəmə gətirdi?

- Onu kimlər suçladı, kimlər qorudu?

- Tarixçi professor hansı sınaqlarla üzləşdi?

- Və nəhayət, Süleyman Əlyarlıya sevdiyi Vətən torpağında 2-3 kv.m.-lik məzar yerini niyə çox gördülər?

Beləliklə, AzadlıqRadiosunun «İz» proqramı yarım saat boyunca ünlü tarixçinin izinə düşəcək, onun həyat tarixçəsinin ən önəmli səhifələrini vərəqləməyə çalışacaq.

Verilişə Süleyman Əlyarlı ilə birgə çalışan və onun mübarizəsinin canlı şahidi olan tarixçi-alim Boran Əziz bələdçilik edəcək.

Yanvarın 10-da saat 23-də «İz»ə düşün və «bu dünyada «Vətən» deyən kişi çoxmu» sualını cavablayın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG