Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:26

-

"Space" telekanalında yayımlanan "Etiraf" verilişinin aparıcısı olmuş İlham Mirzəyev həbsdən buraxılması üçün məhkəməyə müraciət edib. Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsində onun şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

2014-cü ilin aprelindən həbsdə olan teleaparıcı ona kəsilmiş 3 il 6 aylıq həbs cəzasının bir hissəsini çəkdiyini əsas gətirərək, cəzanın qalan hissəsinin məntəqə tipli müəssisədə çəkilməsi üçün məhkəməyə müraciət edib. Lakin Xəzər Rayon Məhkəməsi 30 noyabr 2014-cü il tarixli qərarı ilə onun müraciətini təmin etməyib. İlham Mirzəyevin vəkili Telman Abdiyev həmin qərardan apellyasiya şikayəti verib.

İş məhkəmə baxışına verilib və məhkəmə iclası yanvarın 15-nə təyin olunub.

İlham Mirzəyev 2014-cü il aprelin 11-də həbs olunub. CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan teleaparıcı Nərimanov rayon məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi onun cəzası 3 il 6 aya endirib.

İlham Mirzəyev ona qarşı irəli sürülən ittihamla razılaşmır və kimsəni aldatmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG