Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:40

“İslam Dövləti” qrupunun üzvü Suriyada anasını camaatın gözü qarşısında öldürüb.

Məlumata görə anası ona yaraqlıların əlində olan Raqqa şəhərindən birlikdə qaçmağı xahiş edirmiş.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, 20 yaşlı Ali Sakr a lKasem əvvəlcə anasını rəhbərliyin yanına aparıb, sonra onu həbs edərək inacından dönməkdə təqsirləndiriblər.

Susiyadakı sosial şəbəkələrin yanvarın 7-də yaydıqları məlumata görə Ali anasını camaatın gözü qarşısında işlədiyi şəhər poçtunun qarşısında güllələyib.

Amma bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, “İslam Dövləti” qrupu Suriya və İraq ərazilərini zəbt elədikdən bu yana Suriyada camaatın gözü qarşısında 2 mindən çox dic sakin öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG