Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:12

Almaniya polisi bəyan edib ki, yeni il axşamı Kölndə qadınlara hücum etməkdə şübhəli bilinən 32 nəfərdən 18-i ölkədən sığınacaq istəyənlərdir.

Daxili işlər nazirliyinin mətbuat xidməti yanvarın 8-də şübhəlilərin saxlandığını bildirib.

Nazirliyin sözçüsü Tobias Pleyt (Tobias Plate) jurnalistlərə bildirib ki, polis ümumilikdə bu işdə şübhəli bilinən 32 nəfərin adlarını müəyyənləşdirib.

Onlardan 3-ü seksual zəmndə hücumlarda ittiham olunurŞ amma polis ad çəkməyib.

Qeyd edək ki, Yeni il axşamı Almaniyanın bir neçə şəhərində törədilən bu cür hücum və qarətlər ölkə böyu miqrantlara qarşı pis əhval doğurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG