Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14

-

Tanınmış futbol veteranı Valeri Hacıyev vəfat edib.

APA xəbər verir ki, uzun illər «Neftçi»nin şərəfini qorumuş futbolçu uzun sürən xəstəlikdən sonra yanvarın 8-də 75 yaşında vəfat edib.

Sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq. Onunla vida mərasimi saat 13:00-da başlayacaq.

1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Hacıyev «Neftçi» ilə yanaşı, Moskva «Dinamo»su və SSRİ-nin olimpiya yığmasının da formasını geyinib. O, karyerasını bitirdikdən sonra Azərbaycan futboluna müxtəlif sahələrdə xidmət edib. U-21 yığmasının baş məşqçisi kimi də çalışmış Hacıyev AFFA-da da fəaliyyət göstərib.

Şərhləri göstər

XS
SM
MD
LG