Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:53

IV Qlobal Bakı Forumunun vaxtı dəqiqləşib


Əvvəlki üç forumda İlham Əliyev də iştirak edib.

Əvvəlki üç forumda İlham Əliyev də iştirak edib.

-

Bu il martın 10-11-də IV Qlobal Bakı Forumu keçiriləcək.

Forumu Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təşkil edir.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, ənənəvi forumda bir sıra ölkələrin dövlət və hökumət başçılarının, habelə nüfuzlu siyasi xadimlərin iştirakı gözlənilir.

Forum 3 ildir ki, keçirilir.

Artıq Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstan rəsmiləri IV Qlobal Bakı Forumunda iştirak etməyi planlaşdırdıqlarını bildiriblər.

Bu dəfə forumun mövzusu «Çoxqütblü dünyaya doğru»dur.

Tədbirdə 300-ə yaxın adamın iştirakı gözlənilir.

IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək. Bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Əvvəlki üç forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG