Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:53

Macarıstanın baş naziri Viktor Orban deyir ki, Avropa Birliyi miqrantların qarşısını almaq üçün Yunanıstanla sərhəddə yeni “müdafiə xətti” yaratmalıdır.

Miqrantlara qarşı sərt mövqei ilə tanınan Orban yanvarın 8-də bildirib ki, bu yaxınlarda Türkiyə ilə əldə edilmiş razılaşma yetərincə deyil.

Qeyd edək ki, Macarıstan qaçqınların qarşısını alma üçün artıq ötən il cənub sərhədlərində divardan sədlər qurub.

Avropa Birliyi bu addımı tənqid eləsə də Sloveniya ilə Avstriya da eyni addım atıblar.

Orban deyib ki, Türkiyənin orda müdafiə xətti olacağını vəd etməsi çox yaxşıdır, amma biz qaçqın axınının qarşısını almaq, azaltmaq yox, almaq üçün öz vəsaitimiz hesabına Yunanıstanla şimal sərhədində səd qurmalıyıq.

Avropa Birliyi yanvarın 7-də bəyan edib ki, Türkiyə Avropaya qaçqın axınını azaltmaq üçün yetərincə iş görmür.

Həmçinin Almaniya bildirib ki, hər gün ölkəyə 3200 qaçqın keçir ki, onların əksəriyyəti Türkiyədən gəlir.

Qeyd edək ki, Avropa Birliyi qaçqınların Avropaya buraxılmaması, Türkiyədə yerləşdirilməsi və orda həyat şəraitlərinin yaxşılaşdırılması üçün Türkiyəyə 3 milyard avro yardım ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG