Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:33

Oksford Universiteti 18-ci əsr maarifçilərindən kömək umur


Kitab
Kitab

-

Oksford Universitetinin 100 tələbəsi və akademiki 18-ci əsr görkəmli fransız yazıçılarının, filosoflarının əsərlərindən azadlıq və tolerantlığa dair parçaları seçərək, tərcümə ediblər. Bu tərcümələr kitab kimi nəşr olunub.

"Charlie Hebdo" terrorunun ildönümü münasibətilə məktəblərə pulsuz paylanıb.

Kitabın tam mətnini buradan oxumaq olar.

Oradakı hissələrdən biri Volterin “La Henriade” poemasıdır, bu poema dinlərarası qovğaya son vermək üçün protestantlığı atıb katolikliyə keçmiş IV Henry'nin şərəfinə yazılıb və tolerantlığa dair ən güclü mətnlərdən biri sayılır.

Oksford Universitetinin Orta əsrlər və Modern dillər fakültəsinin müəllimi Dr. Caroline Warman bu kitabın ön sözündə deyir:

“İnanırıq ki, insanlar mətnləri bəyənəcəklər və onları indiki dünyamıza tətbiq edəcəklər.

O qədər tələbə bu layihəyə könüllü qoşulmaq istəyirdi ki. Biz bu layihəni Fransaya və bu məsələdən ziyan çəkən başqa ölkələrə dəstək olmaq üçün həyata keçirdik.”

Kitabda fransız yazıçı və filosoflarından başqa, alman, ispan, ingilis filosofların da əsərlərindən parçalar var.

XS
SM
MD
LG