Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:04

-

1 yanvar 2016-cı il tarixə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib, ölkə üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlinə 1 milyon 290 min 900 nəfər olub. Yanvar-dekabr aylarında onların sayı 5 min nəfər və ya 0.4 faiz artaraq, 1 yanvar 2016-cı il tarixinə 1 milyon 295 min 900 nəfərə çatıb.

2016-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 176.03 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196.08 manat təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG