Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Neft Fondu İtaliyada aldığı binanın dəyərini açıqladı


Palazzo Turati
Palazzo Turati

-

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və 97 milyon avro dəyəri olan «Palazzo Turati» ofis binasını almaq üçün razılıq əldə edib.

Fonddan AzadlıqRadiosuna daxil olan xəbərə görə, «Palazzo Turati» ofis binası ARDNF-nin İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır:

«Binanın birinci mərtəbəsində sərgi salonu və digər 6 mərtəbəsində ofislər yerləşir və ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. 1880-ci ildə tikilmiş və Milan tarixi irsinin bir parçası sayılan «Palazzo Turati» yenicə əsaslı təmir olunub».

Bundan əvvəl də Neft Fondu bir neçə ölkədə daşınmaz əmlak alıb.

2015-cı il dekabrın 1-nə ARDNF-in vəsaitlərinin ümumi həcmi 33.6 milyard ABŞ dolları təşkil edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG