Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:38

Yol polisləri də cərimələnəcəklər


Evakuator
Evakuator

-

Sürücüsü yanında olan avtomobil bir vaxtlar evakuasiya edilirdisə, indi bu mümkün olmayacaq.

Sürücünün gəlib çıxmasına baxmayaraq, avtomobil evakuasiya edilərsə, bunu edən şəxsin 200 manatdan 300 manatadək cərimə olunmasını nəzərdə tutur. Bu cərimə evakuasiyanın həmin qaydasını pozan evakuator sürücüsü, onun köməkçisi və ya hətta bu barədə göstəriş verən DYP əməkdaşına tətbiq oluna bilər.

Bu yenilik İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə görə, avtomobilin sahibi yanında olarsa və ya avtomobil evakuatora yüklənərkən gəlib çıxarsa, avtomobil evakuasiya edilməməli, sürücüyə yerində cərimə tətbiq edilməklə o, öz avtomobilini qadağan olunmuş yerdən götürməlidir. Amma paytaxtda bəzən evakuatorlar bu qanuna əməl etmir.

Polis isə bəzi hallarda içərisində sürücü olan avtomobili də evakuasiya edir.

XS
SM
MD
LG