Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:07

-

İran Səudiyyə hərbi təyyarələrinin Yəməndəki səfirliyini vurduğunu, əməkdaşlarını zədələdiyini bildirir.

Xarici işlər nazirinin müavini Hossein Amir Abdollahian yanvarın 7-də deyib ki, Səudiyyə Ərəbistanının hava hücumu zamanı raket səfirliyin yaxınlığına düşüb, bir mühafizəçi yaralanıb.

Daha öncə İran XİN-in sözçüsü insidenti “Səudiyyənin qəsdən törətdiyi hücum” adlandırmışdı.

Yəməndə İranın dəstəklədiyi şiə üsyançılarla döyüşən Səudiyyə koalisiyası isə iddiaları rədd edib, “səfirlik ətrafında və ya yaxınlığında heç bir əməliyyat aparılmadığını” bildirib.

İranla Səudiyyə Ərəbistanı arasında gərginlik son bir həftədə güclənib. Səbəb ər-Riyadın tanınmış şiə ruhanini edam etməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG