Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:33

Suriya hökuməti mühasirədə olan 3 kəndə humanitar yardım göndərilməsinə razılıq verib.

Bu barədə yanvarın 7-də BMT məlumat yayıb.

Təşkilat yaxın günlərdə bu kəndlərə humanitar yardım göndəriləcəyini bildirir.

BMT bu kəndlərdən biri Madayada aclıqdan ölənlər barədə tutarlı məlumatlar olduğunu deyir.

Livan sərhədi yaxınlığında olan bu kənd Suriya ordusu və Livandakı Hizbullah qrupu tərəfindən mühasirədədir.

Şiə kəndələri olan Foua və Kfarya isə şimali İdlib əyalətindədir.

Bu kəndləri isə hökumət əleyhinə qüvvələr mühasirəyə alıb.

Hazırda 4 milyon yarım sakinin çətin vəziyyətdə yaşadığı bildirilir.

XS
SM
MD
LG