Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:56

İran Səudiyyə Ərəbistanını Yəməndəki səfirliyini qəsdən vurmaqda ittiham edib.

İran dövlət televiziya kanallarının məlumatına görə, raket zərbəsi nəticəsində səfirliyin mühavizəçilərindən bir neçəsi yaralanıb.

İran xarici işlər nazirliyinin sözçüsü Hossein Jaber Ansari bildirib ki, səfirliyin binasına dəymiş ziyan və əməkdaşlarının yaralanmasına görə Səudiyyə Ərəbistanı cavabdehlik daşıyır.

Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Ahmed AsseriReutersə müsahibəsində İranın iddiasının araşdırılacağını deyib.

O yanvarın 6-na keçən gecə Yəmənin paytaxtı Sanaa da hava reydi keçirildiyini təsdiqləyib, amma hədəfin şiə üsyançıları olduğunu bildirib.

İran bundan əvvəl, cümə axşamı Səudiyyə Ərəbistanını hava zərbələri zamanı kaset bombalardasn istifadə etməkdə ittiham eləmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın bu günlərdə şi xadimini edam eləməsindən sonra bu ölkənin Tehrandakı səfirliyi yandırılıb.

Səudiyyə hökuməti bundan sonra İranla diplomatik münasibətləri dayandırıb.

Həminin bir sıra ərəb ölkələri bunun ardınca eyni addım atıblar.

Səudiyyə Ərəbistanı əsasən sünni , İran isə şiə dövlətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG