Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

-

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Nardaran sakini Natiq Kərimovun həbsi ilə bağlı açıqlama yayıb.

Xitmətin mlumatına görə, keçirilən istintaq-əməliyyat tədbirlərinə əsasən Nardaran qəsəbə sakini Natiq Kərimovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycanın dövlət təhlükəsizliyinə qarşı casusluq etməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Buna görə yanvarın 7-də dövlətə xəyanət maddəsilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

--

Nardaran Ağsaqqalar Şurasının sədri Natiq Kərimov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

APA-nın Səbail Rayon Məhkəməsinə istinadla verdiyi məlumata görə, o dövlətə xəyanətdə təqsirləndirilir.

Natiq Kərimov yanvarın 7-də səhər saatlarında saxlanılıb.

O ötən ay da saxlanılmış və Nardaran hadisələrinə görə dindirilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG