Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:54

-

Neftçala rayonunda özünü yandıran orta məktəb direktorunun müavini Alik Novruzov xəstəxanada keçinib.

Bu barədə APA-ya Neftçala Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, A. Novruzov ağır yanıq xəsarətləri aldığından həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Neftçala rayon 4 saylı məktəbin təsərrüfat işləri üzrə direktor müavini, 63 yaşlı Alik Novruzov yanvarın 7-də özünü yandırıb. Buna səbəb onun kredit borclarını ödəyə bilməməsi olub.

İş yoldaşlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisə məktəbin qazanxanasında baş verib. Məktəbin köməyə gələn işçiləri onu xəstəxanaya

«Biz sonradan bildik ki, onun banklara kreditləri olub. Bu haqda istintaqa ifadə verəndə bilmişik», - məktəbin işçilərindən biri telefon söhbətində belə deyib.

Rayon polis idarəsindən AzadlıqRadiosuna faktı təsdiqləsələr də, əlavə məlumat verilməyib.

Faktla bağlı Neftçala Şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin bax: AzadlıqRadiosunun Youtube Kanalından izləyin:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG