Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:19

J.Warlick Konqresdə Qarabağdan danışıb


James Warlick
James Warlick

-

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ad Royce ilə Dağlıq Qarabağla bağlı müzakirə aparıb.

APA-nın xəbərinə görə, bu barədə amerikalı həmsədr özünün Twitter səhifəsində yazıb. «Xarici Əlaqələr Komitəsinə və onun sədri Ad Royce-a Dağlıq Qarabağla bağlı müzakirələr aparmağa imkan yaratdığına görə təşəkkür edirəm. Biz münaqişənin həlli istiqamətində müzakirələri davam etdirməyə dair razılıq əldə etdik» - deyə Warlick qeyd edib.

ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri Christofer Smith-in hazırladığı «Azərbaycan demokratiya aktı- 2015» adlı qanun layihəsi əvvəlcə Ad Royce-un rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq.

XS
SM
MD
LG