Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:09

-

«Bizim yol» yazır: «Azərbaycanda unun bir kisəsi 5 manata satılmalıdır».

Unun və çörəyin qiymətində hazırkı bahalaşmanın iqtisadi əsası yoxdur. Bunu «Bizim Yol»a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, dünya bazarında bu strateji məhsulun qiyməti sabit qaldığı halda, Azərbaycanda bahalanması inhisarçıların «xidmət»idir.

«Dünya bazarında bir ton buğdanın qiyməti 170-190 dollar, unun qiyməti 200-210 dollar arasındadır. 50 kiloqramlıq bir kisə unun qiyməti 10 dollardır, bu da devalvasiyadan sonra belə 15.50 manat olacaq. Məhsulun idxalı üçün daşınma və digər xərclər, eyni zamanda sahibkarın mənfəətini də üzərinə gəlsək, 18 manatdan yuxarı olmayacaq. Amma birdən-birə 10 manat qaldırıblar», - ekspert deyir.

V.Məhərrəmov bir məqama da diqqət çəkir. O deyir ki, ölkənin buğda ehtiyat fondunda 20%-dən çox taxıl saxlamağa ehtiyac yoxdur: «Azərbaycanda ehtiyat fondu 750 min tondur. Ölkənin illik tələbatının 70%-ə qədəridir. Amma bunun nə qədər həqiqət olduğu da dəqiq bilinmir. Niyə indiki məqamda məhsul bazara çıxarılmadı?.. Bu il ölkəyə 1 milyon 500 min ton buğda idxal olunub, daxildə də 1 milyon 800 min ton istehsal edilib. Ölkənin illik tələbatı isə 1 milyon 300 min tondur».

Zahid Oruc

Zahid Oruc

Ekspertə görə, ölkədə bu qədər məhsul var idisə, bu gün Azərbaycanda unun bir kisəsi 5 manata təklif olunmalı idi, daha 28 manata qalxmalı deyildi.

PREZİDENT ÖZ KOMANDASINI SINAĞA ÇƏKİR

«Yeni Müsavat» yenə də bəzi dövlət qurumlarının ləğvi məsələsini gündəmdə saxlamağa çalışır: «Prezident öz komandasını ciddi sınağa çəkib».

Deputat Zahid Oruc qəzetə bildirib ki, yeni durum ənənəvi neft hökumətinin dəyişilməsini tələb edir. Deputatın qənaətincə, hökumət yeniləşmə mövqeyindədir:

«…2016-cı ildən başlayaraq gömrük sistemində broker xidmətlərinin tamamilə ləğvi, idxal və ixracın tam qanuni mexanizmlərlə aparılması məsələsi bizə tam dəyərləndirməyə imkan vermir. Halbuki bu, hökumətin fəaliyyəti üçün kifayət qədər mühüm və yeni məqamlardır. Ona görə də mənim aləmimdə ölkə başçısı öz komandasını çox mühüm bir sınağa çəkmiş oldu, onun baxışlar sisteminə, hərəkət sürətinə, çevik qərarlarına uyğun olmayan şəxsləri biz yeni dövrdə yəqin ki, hökumətdə görməyəcəyik».

Zahid Oruc qarşıdakı dövrdə bir neçə dövlət strukturunun birləşəcəyini istisna etmir.

Eyyub Hüseynov

Eyyub Hüseynov

DƏM QAZI CAN ALMAQDA DAVAM EDİR

«Azadlıq» qışın gəlişi ilə aktuallaşan bir məsələdən yazır: «Hökumətin məsuliyyətsizliyindən dəm qazı can almaqda davam edir».

Qəzetə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov problemin kökünü qanunvericilikdə axtarmağın tərəfdarıdır. Təşkilat rəhbəri qanunlarda boşluq və məsuliyyətsizlik olan yerdə cinayətlərin baş verməsini mütləq sayır: «Qaz təchizatçısıyla istehlakçı arasında bağlanan müqavilə şərtlərinə diqqət yetirmək lazımdır. Həmin müqavilə şərtlərinə baxsaq, görərik ki, təchizatçının heç bir məsuliyyəti yoxdur. İkitərəfli bağlanan müqavilələrdə məsuliyyət yoxdursa, ortaya mütləq cinayət çıxacaq. Hadisə baş verəndə təchizatçının məsuliyyətə cəlb edilməsi faktı hələ qeydə alınmayıb. Həmişə istehlakçı günahkardır».

E.Hüseynov qazın keyfiyyəti məsələsinin bundan sonra gəldiyini bildirir.

İlham Əliyev

İlham Əliyev

ÖLKƏ RƏHBƏRİNİN ELƏ BİR VƏDİ YOXDUR Kİ…

«Azərbaycan» ənənəvi ampluasındadır: «Azərbaycanın müstəqilliyi 2015-ci ildə daha da möhkəmləndi».

Qəzet yazır ki, Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir:

«Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir».

«Azərbaycan» ölkə başçısının ötən 12 ildə yerinə yetirilməmiş vədi qalmadığını yazır: «Əksinə, bu dövrdə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində reallaşdırılması mümkündür. Azərbaycan bu zaman kəsiyində sürətli inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG