Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:41

-

"O illərdə bu şairin amerikalı əsgərlərin də sevimlisi olduğu nəzərə alınsa, kitablardan bəziləri əsgərlərin çantalarında uzaq ölkələrə, həmçinin Asiya torpaqlarına da getmiş ola bilərdi."

Min tirajlıq kitabın zamanla artan dəyəri

Tanınmış amerikalı şair Theodore Roethke’nin ev muzeyi axtarış elan edib. Axtarış onun ilk şeir kitabı olan “Açıq ev”in (“Open House”) 1000 (min) nüsxəsini tapmaq uğrundadır.

Muzey 1941-ci ildə çap olunmuş həmin min nüsxədən kimdə varsa, əlaqə saxlamasını xahiş edir, əvəzində pul mükafatı vəd edir.

Kitabda sərbəst və heca vəznində şeirlər var, stil və lirizm baxımından qiymətli hesab olunur. Hər bir kitab Teodor Rötkenin (1908-1963) əli ilə nömrələnib. Bu, həmin şeir kitabına daha bir unikallıq verir.

O, alman miqrantların oğlu olub, amerikan universitetlərində müəllimlik edib, birinci kitabından sonra sağlığında altı şeir kitabı da çıxıb.

1954-cü ildə başqa bir şeir kitabına görə Pulitzer, 1959 və 1965-ci ildə ABŞ Milli Kitab Mükafatı qazanıb.

Muzeydə deyiblər ki, biz onun ilk kitabının bütün nüsxələrini tapa bilməyəcəyimizi bilirik. "Zaman öz işini görür. Amma görək ilin sonuna kimi nə qədər kitab tapa bilərik."

Elanda deyilir ki, o illərdə bu şairin amerikalı əsgərlərin də sevimlisi olduğu nəzərə alınsa, kitablardan bəziləri əsgərlərin çantalarında uzaq ölkələrə, həmçinin Asiya torpaqlarına da getmiş ola bilərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG