Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:52

"Charlie Hebdo" jurnalına silahlı basqının ildönümüdür


Charlie Hebdo
Charlie Hebdo

-

"Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücumların ildönümü münasibətlə bu gün 80-ə yaxın söz azadlığını müdafiə edən təşkilat bütün dünyada yazıçıların, jurnalistlərin, sadə insanların ifadə azadlığı mövzusunda tədbirlər keçirirlər. Xüsusən PEN təşkilatları fəaldır.

Həmin gün silahlı basqın nəticəsində aralarında jurnalistlər, karikaturaçılar olan 12 nəfərin həlak olmasını anan "PEN International" təşkilatının bəyanatında deyilir:

"Keçən ilin yanvar ayında Paris küçələrində keçirilmiş nümayişlərdə dünya liderlərinin göstərdiyi həmrəyliyə, "Bir daha olmasın!" arzularına baxmayaraq, bu ötən ildə də Malayziyadan Səduiyyə Ərəbistanına qədər, dünyada söz azadlığına görə həbslər və qətllər davam etdi.

Fərdlər dövlət müdaxiləsi olmadan sərbəst kommunikasiya qura bilməli, düşündüklərini deyə bilməlidirlər."

XS
SM
MD
LG