Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01

Netflix Azərbaycanda


-

Netflix striminq videoxidməti yanvarın 6-dan Azərbaycanda da xidmət göstərməyə başlayıb. Bu barədə şirkətin baş direktoru Reed Hastings Las Veqasda Consumer Electronics Show texnologiya sərgisində məlumat verib. Məlumatı Forbes yayıb.

“Məmnuniyyətlə bildirirəm ki, Netflix artıq Azərbaycan, Vyetnam, Hindistan, Nigeriya, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Türkiyə, İndoneziya vətəndaşları üçün çatımlıdır”, Hastings deyib. O, sözlərinə əlavə edib ki, yanvarın 6-dan xidmət 130 ölkədə işə salınıb. Ancaq o da vurğulanır ki, xidmət Krımda, Şimali Koreyada və Suriyada işləyə bilməyəcək. Səbəb ABŞ-ın Amerika şirkətlərinə qoyduğu qadağalardır.

Netflix-in Avropada kommunikasiya üzrə vitse-prezidenti Joris Evers Sputnik agentliyinə deyib ki, istifadəçilər saytın ingilisdilli interfeysindən yararlana biləcəklər. Şirkət ödənişləri bank kartları ilə də qəbul edir.

Netflix – Amerikanın striminq videoxidmətidir, film və serialların abunə yoluyla baxılması imkanı yaradır. Şirkət 1997-ci ildə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG